Xırman
Şirkət haqqında:
"Xırman" şirkəti 1997-ci ildən Azərbaycan Respublikasının qida sənayesi sektorunda fəaliyyət göstərir.
Un, yağ, süd məhsulları və çörək məmulatları istehsal edən Xırman şirkəti 1997-ci ildən Azərbaycanın qida sektorunda fəaliyyət göstərir. Şirkətimizin istehsal sahələri olan Dəyirman, Çörək və Süd zavodlarında yüksək keyfiyyətli gündəlik qida məhsulları təbii xammallarla, beynəlxalq və yerli standartlar əsasında istehsal olunur. Məhsullarımız Azərbaycan ilə yanaşı Türkiyə, İran və Gürcüstan bazarına da ixrac olunur
Əlaqə vasitələri:
Audit
Vəzifə öhdəlikləri
- Şirkətin şəbəkə marketlər və digər müştərilərlə maliyyə hesablaşmalarının auditinin aparılması;
- Müqavilə şərtlərinə uyğun hesablaşmaların və ödənişlərin düzgünlüyünün yoxlanılması;
- Satış fakturaları, iadə sənədləri və digər maliyyə sənədlərinin təhlili;
- Təhvil verilmiş məhsullar üzrə sənədlərin faktiki vəziyyətlə uyğunluğunun yoxlanılması;
- Mühasibat, satış və logistika şöbələri ilə məlumatların uzlaşdırılması;
- Rəhbərliyə risklər və uyğunsuzluqlarla bağlı təkliflərin təqdim edilməsi;
- Gecikmiş borcların səbəblərinin araşdırılması və hesabatların hazırlanması;
- Malların təhvil-təslim sənədlərinin, qaimələrin və hesab-fakturaların düzgünlüyünün yoxlanılması;
- Audit zamanı aşkar olunan maliyyə risklərinin və proses pozuntularının təhlili;
- Aşkarlanmış uyğunsuzluqlar barədə audit aktlarının və hesabatların hazırlanması;
- Daxili nəzarət prosedurlarının qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Planlı və plandankənar audit yoxlamalarının həyata keçirilməsi;
Namizədə tələblər
- Maliyyə, mühasibat uçotu, audit və ya iqtisadiyyat üzrə ali təhsil;
- Daxili audit, maliyyə nəzarəti və ya mühasibat sahəsində minimum 2–3 il iş təcrübəsi;
- FMCG və ya istehsalat sektorunda iş təcrübəsi üstünlükdür;
- Azərbaycan və rus dilində sərbəst danışıq;
- MS Excel və 1C proqramını yüksək səviyyədə bilmək
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyət;
- Hesabat hazırlamaq və təqdimat bacarığı;
- Şəxsi avtomobilinin olması
Təklif edirik
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Nəqliyyat xərclərinin qarşılanması;
- Stabil və dinamik iş mühiti;
Ünvan: Binəqədi yolu 100
Əlaqə 055 253 13 64






















