SMM menecer
Əlaqə: 055 201 61 83
Ünvan: Cəlilabad
Biz nə təklif edirik?
Yaradıcılığınızı tam nümayiş etdirə biləcəyiniz rahat və estetik iş mühiti;
- Mehriban və gənc komanda;
- Rəqabətədavamlı əməkhaqqı (Fix maaş + bonus sistemi);
- Karyera və şəxsi brendinizi inkişaf etdirmək şansı.
Öhdəliklər
- Mağazadakı mebel və digər ev aksesuarlarının xüsusiyyətlərini, keyfiyyətini və zövqlü tərəflərini videoçarxlarda (Reels, TikTok) kreativ şəkildə təqdim etmək;
- TikTok platformasında müntəzəm olaraq canlı yayımlar (Live) açmaq, izləyicilərin suallarını cavablandırmaq və məhsulları interaktiv şəkildə nümayiş etdirmək;
- SMM menecerlə birlikdə maraqlı, əyləncəli və trendlərə uyğun video ssenarilərinin hazırlanmasında iştirak etmək;
- İzləyicilərlə səmimi, pozitiv və mağazanın imicinə uyğun ünsiyyət qurmaq.
Tələblər
- Kamera qarşısında sərbəst, diksiyalı və axıcı danışıq qabiliyyəti (Azərbaycan dilində);
- TikTok və Instagram trendlərini yaxından izləyən, "bunu biz də çəkək!" deyən vizual zövq sahibi;
- Pozitiv, enerjili, insanları inandırmaq və cəlb etmək bacarığı olan;
- Oxşar sahədə (bloqerlik, video təqdimat, canlı yayım aparıcılığı və ya satış) təcrübəsi olanlara üstünlük veriləcək (Təcrübəniz yoxdursa belə, istedadınıza güvənirsinizsə, müraciət edə bilərsiniz!).






















