Edu Company
Şirkət haqqında:
“EDU Company” Təhsil Şirkəti 5 Oktyabr 2013-cü ildə yaradılmışdır. Bu gün 10 filialda (Elmlər, Nizami, 28 May, Nərimanov, Neftçilər, Xalqlar, Xırdalan, Sumqayıt, Gəncə, Göyçay) fəaliyyətini davam etdirən “EDU Company” illərdir bütün xidmət sahələrini barabər şəkildə inkişaf etdirmişdir. Hər il, hər ay, hər gün durmadan inkişaf edən, xidmət keyfiyyətini daha da yüksəltməyə çalışan, tam fərqli tədris və idarəetmə sistemi ilə fəaliyyət göstərən şirkət, bundan sonra da böyük zövq və fəxrlə xalqının xidmətində olacaqdır.
Əlaqə vasitələri:
İşə Qəbul üzrə mütəxəssis
Vəzifənin adı: İşə Qəbul üzrə Mütəxəssis
Vəzifələr
- Yaranan vakansiyaların təhlil edilməsi
- Vakansiyaların qəbulu
- İşə Qəbul elanların hazırlanması və paylaşılması
- Bütün sosial şəbəkələr üzrə elanların paylaşılması
- Daxil olan CV-lərin təhlil edilməsi və uyğun namizədlərin seçilməsi
- İşə qəbul sistemi və proseslərinin qurulması və təkmilləşdirilməsi
- İşə qəbul prosesi üzrə uçotun aparılması, namizədlər bazasının formalaşdırılması
- Müsahibə mərhələlərində iştirak və müsahibə olunan namizədlərin qeydiyyatının aparılması
- Yeni işə başlayan əməkdaşlar üçün adaptasiya planına nəzarət edilməsi
- Ehtiyat kadr hovuzunun yaradılması və idarə olunması
- Təlimlərin təşkili və koordinasiyası
- Təlim ehtiyaclarının müəyyən edilməsi
- Müəllimlərin işə qəbul proseslərinin təşkili
- Əməkdaşların xidməti fəaliyyətinin qiymətləndirilməsinin aparılması
Tələblər
- Ali təhsil
- İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi
- Güclü ünsiyyət və analitik bacarıqlar
- MS Office proqramları və işə qəbul portalları ilə işləmə bacarığı
- Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür
- Minimum 28 yaş
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir
Əmək şəraiti və şərtləri
- Ünvan: Bakı
- Əmək haqqı: 1000-1300 AZN
- İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
- AR ƏM-nə uyğun sənədləşmə
- Gizlilik təminatı
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Vakansiya üçün müraciət forması və şərtləri
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya [email protected] mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
Qeyd olunan vakansiya üzrə 07.08.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.






















