CNN Group
Landşaft və Yaşıllaşdırma Mühəndisi
CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur.
Qrup şirkətlərimizdən biri olan CCN İnşaat-ın Azərbaycan, Bakı şəhərində həyata keçirdiyi Olive Bay Layihəsi üçün “Landşaft və Yaşıllaşdırma Mühəndisi” axtarırıq.
Ümumi tələblər:
- Landşaft memarlığı, landşaft və yaşıllaşdırma, kənd təsərrüfatı mühəndisliyi, aqronomluq və ya digər müvafiq ixtisas üzrə ali təhsil;
- Landşaft, yaşıllaşdırma və ya tikinti layihələrində minimum 5 il iş təcrübəsi;
- Landşaft işlərinin planlaşdırılması və icrası, bitki seçimi, torpaq xüsusiyyətləri, gübrələmə, suvarma sistemləri və bitki mühafizəsi sahəsində biliklər;
- BOQ (Bill of Quantities), metraj və texniki spesifikasiyaların hazırlanması sahəsində təcrübə;
- Satınalma proseslərinə texniki dəstək göstərmək bacarığı;
- Podratçı və subpodratçı şirkətlərlə işin koordinasiyası və nəzarəti sahəsində təcrübə;
- AutoCAD və MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Texniki layihələri və çertyojları oxumaq, təhlil etmək və tətbiq etmək bacarığı;
- Planlaşdırma, təşkilatçılıq, koordinasiya və problem həll etmə bacarıqları;
- Komandada işləmək bacarığı, məsuliyyətli və nəticəyönümlü yanaşma.
Vəzifə öhdəlikləri
- Tikinti layihəsi çərçivəsində landşaft və yaşıllaşdırma işlərinin planlaşdırılmasını, koordinasiyasını və icrasına nəzarəti həyata keçirmək;
- Landşaft iş paketlərini, texniki spesifikasiyaları və material siyahılarını hazırlamaq;
- Layihənin tələblərinə, iqlim və torpaq xüsusiyyətlərinə uyğun ağac, kol, qazon və digər bitki növlərinin seçimini və əkilməsini planlaşdırmaq;
- Torpağın hazırlanması, gübrələmə, bitki mühafizəsi və suvarma sistemləri üzrə texniki həllər hazırlamaq;
- Landşaft işlərində istifadə olunacaq material və avadanlıqlar üzrə metraj (BOQ) və miqdar hesablamalarını hazırlamaq;
- Satınalma prosesləri üçün texniki spesifikasiyalar və digər texniki sənədləri hazırlamaq, material və avadanlıqların seçimində texniki dəstək göstərmək;
- Təchizatçı və podratçı şirkətlərin texniki uyğunluğunu qiymətləndirmək, görülən işlərin icrasına nəzarət etmək;
- Landşaft işlərinin layihəyə, texniki tələblərə və keyfiyyət standartlarına uyğun icrasını təmin etmək;
- Sahədə görülən işlərə nəzarət etmək, keyfiyyət yoxlamalarını aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;
- Layihə rəhbərliyi və aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq işlərin qrafikə uyğun icrasını təmin etmək;
- Görülən işlər üzrə mütəmadi hesabatlar hazırlamaq.
























