Pizza ustası
“Absheron Hospitality Group” MMC “Pizza ustası” vəzifəsinə yüksək təcrübəli namizəd axtarır.
Əsas öhdəliklər:
- Pizza üçün xəmirin keyfiyyətinə nəzarət etmək, xəmirin standarta uyğun hazırlanması;
- Menyuya uyğun olaraq müxtəlif növ pizzaların hazırlanması;
- Müxtəlif növ sousların hazırlanması;
- Ət, tərəvəz, pendir və digər içliklərin doğranması və çeşidlənməsi, inqrediyentlərin xəmirdə lazımi miqdarda, eyni zamanda düzgün yerləşdirilməsi;
- Məhsulların təzəliyinə və saxlanma şəraitinə nəzarət etmək;
- Sifarişləri dəqiq və vaxtında yerinə yetirmək, xüsusi sifarişlərdə (əlavə içlik, qlütensiz xəmir və s.) diqqətli olmaq;
- İş sahəsini, iş prosesində istifadə etdiyi alətləri mütəmadi olaraq təmizləmək;
- Digər mətbəx işçiləri ilə koordinasiyalı şəkildə işləmək, xidmət heyəti ilə düzgün kommunikasiya qurmaq;
- Yeni pizza növləri üzrə təkliflər vermək və menyunun inkişafında iştirak etmək;
- Məhsulların maya dəyərini hesablamaq, xərclərinin optimallaşdırılması;
- İsrafın qarşısının alınması üçün məhsul istifadəsinə daimi nəzarət etmək;
- Alınan məhsulların keyfiyyətinə və istifadə müddətinə nəzarət etmək;
- Qida təhlükəsizliyi və sanitariya standartlarının qorunması, standartlara uyğunluğun təmin olunması;
- Təmizlik və dezinfeksiyası üzrə prosedurların yerinə yetirilməsi;
- Şəxsi gigiyena qaydalarına əməl etmək;
- Müştəri şikayətlərini və ya rəylərini nəzərə alaraq keyfiyyətin artırılması üçün tədbirlər görmək;
- Texniki avadanlıqların, inventarların işlək vəziyyətdə saxlanılması və zəruri texniki xidmətlərin təmin olunması;
- Satış analizlərinin aparılması, həftəlik, aylıq və illik hesabatların hazırlanaraq rəhbərə təqdim olunması;
- Stok səviyyələrinin daim izlənməsi və tükənmənin qarşısının alınması;
Vəzifə üzrə əsas tələblər:
- Müvafiq sahədə 3-5 il iş təcrübəsinin olması;
- Müxtəlif növ pizzaları (klassik, vegetarian, ət tərkibli və s.) hazırlanma bacarığı;
- Mətbəx və xidmət heyəti ilə effektiv kommunikasiyanı təmin etmək;
- Pizza menyunun idarə olunması və yenilənməsi;
- Yaradıcılıq və innovasiya;
- HACCP, gigiyena və sanitariya standartlarını bilmək;
- Rus və ya İngilis dili biliklərinin olması;
- Microsoft Office (Word, Outlook, Excel) proqramlarından istifadə bacarığının olması;





















Absheron Hospitality Group MMC