Respublika Diaqnostika Mərkəzi
Şirkət haqqında:
RDM – MÜASİR ÇOXPROFİLLİ TİBB MƏRKƏZİ
Missiya: RDM – Sağlam cəmiyyətin təminatçısıdır.
Vizyon: RDM – Uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəlxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyəvi texnologiyaların vəhdətini təşkil edir.
Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.
Dəyərlər:
- Pasiyentin təhlükəsizliyi
- Peşəkarlıq
- Qabaqcıl xidmət
- Sosial məsuliyyət
Əlaqə vasitələri:
Biznesin inkişafı üzrə Menecer
Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi – 25-40
- MS Office proqramları üzrə yüksək bacarıqlar;
- Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- Müvafiq vəzifədə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Yüksək təqdimat bacarığı;
- Dil bilikləri: Azərbaycan, Rus və ingilis dilləri;
Vəzifə öhdəlikləri:
- Müəssisənin biznesin inkişafı strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
- Biznes proseslərinin təkmilləşdirilməsi;
- Bazarın və rəqiblərin tədqiqatı, bazarın iqtisadi durumunun qiymətləndirilməsi, şirkətin biznes fəaliyyətinin və fəaliyyətə təsir göstərən amillərin davamlı təhlili;
- Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
- Müəssisənin bazarda mövqeyinin gücləndirilməsi üçün strategiyaların hazırlanması və icrasına nəzarət;
- Strateji tərəfdaşların müəyyən edilməsi və tərəfdaş şəbəkəsinin inkişaf etdirilməsi;
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə





















Respublika Diaqnostika Mərkəzi