Caspian Innovation Center
Şirkət haqqında:
Caspian Innovation Center şirkəti 2017-ci ildə Azərbaycanın qlobal brendi olan SOCAR və dünyanın nəhəng İT şirkətlərindən biri olan IBM tərəfindən əsası qoyulmuş birgə müəssisədir. Şirkətin yaradılmasında məqsəd ölkəmizdə və ölkədən kənar regionlarda dünyada gedən rəqəmsal transformasiya prosesini uğurla həyata keçirərək iqtisadiyyatımızın inkişafına töhfə verməkdir. İnnovativ həll yolları vasitəsilə rəqəmsal transformasiya prosesini şirkətlərdə sürətləndirmək və onların dünya bazarında müasir tələblərə cavab verən və rəqabətə davamlı şəkildə fəaliyyət göstərməsini təmin etmək əsas vəzifələrimizdəndir.
Şirkətimizin əsas fəaliyyət istiqamətləri biznesin transformasiyası sahəsində yol xəritələrini təyin edərək müxtəlif növ proqram təminatlarının tətbiq olunması, mövcud və yeni tətbiq olunmuş proqram təminatlarına texniki dəstəyin göstərilməsi, Biznes Resursların Planlaşdırılması platformalarının SAP üzərində qurulması, elektron sənəd dövriyyəsinin tətbiqi, İT infrastrukturlarının qurulması və dəstək xidmətinin göstərilməsi kimi əsas istiqamətlərdən ibarətdir.
Əlaqə vasitələri:
Korporativ Biznes Platformaları üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- SAP mühitinin idarə edilməsi.
- SAP Landscape tətbiqi
- SAP texniki mühitinin sazlanması, monitorinqi və problemlərin aradan qaldırılması.
- SAP sistemlərinin quraşdırılması, təkmilləşdirilməsi və saxlanması.
- SAP verilənlər bazası və proqram konfiqurasiyasının istehsala miqrasiyasını idarə etmək.
- SAP sistemi və digər İT infrastruktur proyektləri ilə əlaqəli kompleks problemlərin həlli və planlanmasında fəal iştirak
Tələblər:
- Kompüter Elmləri və ya Kompüter Mühəndisliyi üzrə Bakalavr dərəcəsi;
- Komandada işləmək bacarığı
- Şəbəkə infrastrukturu bilikləri
- Verilənlər bazalarında təcrübə (SAP HANA DB, Oracle 11/12.)
- Verilənlər bazaları idarəetmə alətlərdən istifadə təcrübəsi (SAP HANA Studio, BRTools, Toad və s.)
- Əməliyyat sistemlərində təcrübə (Linux, HP-UX, Windows, AİX)
- “SAP Launchpad Portal” -dan istifadə təcrübəsi.
- SAP sisteminin quraşdırılması
- SAP sistemlərin surəti/köçürülməsi
- SAP sistemlərin monitoringi
- SAP sistemi quraşdırmadan əvvəl/sonrası addımlar
- Kernel yenilənməsi
- SAP program təminatın ortaya çıxan problemlərin aradan qaldırılması
- SAP program təminatın gündəlik tapşırıqların icra edilməsi
- Güclü problem həll etmə, analiz bacarıqları
- Azərbaycan dilini səlis, İngilis dilini əla, Rus dilini orta bilməli.




















