Novex Group
Şirkət haqqında:
Founded in 2023, Novex Group is a holding company specializing in the production, distribution, and export of a diverse range of consumer products. With a commitment to excellence, we operate in key business areas such as beverages, bread, snacks, confectionery, juice, concentrate, and more.
Əlaqə vasitələri:
İnsan Resursları üzrə Biznes Tərəfdaşı (Təlim və inkişaf / İşə qəbul istiqamətləri üzrə)
Şirkət: Qəbələ Konserv Zavodu
İş yeri: Bakı şəhəri
Əsas öhdəliklər:
- İstedad ehtiyaclarını müəyyən etmək, işçi qüvvəsinin optimallaşdırılması və ardıcıllıq planlaması üzrə tövsiyələr vermək.
- Şirkət və departamentlər səviyyəsində strateji təlim ehtiyaclarını (TNA) təhlil etmək və illik təlim planını/büdcəsini hazırlamaq.
- Əməkdaşların peşəkar və şəxsi bacarıqlarını artıracaq daxili inkişaf proqramlarını, rəqəmsal və ənənəvi təlim modullarını dizayn və təşkil etmək.
- Keçirilən təlim və inkişaf proqramlarının keyfiyyətini, iş performansına və biznesin gəlirliliyinə olan birbaşa təsirini (təlimin effektivliyini) ölçmək.
- Davamçılar Planlaması (Succession Planning): Şirkətin kritik mövqeləri üçün gələcək rəhbərləri daxildən yetişdirmək məqsədilə davamçılar strukturunu qurmaq və idarə etmək.
- İşə qəbul, işdən ayrılma, müqavilə dəyişiklikləri, məzuniyyət və digər əməliyyatların düzgün və qanunvericiliyə uyğun icrasını təmin etmək.
- Performans idarəetməsinin effektivliyini artıran həllər hazırlamaq və liderləri kouçinq və inkişaf proseslərində dəstəkləmək.
- İşçi cəlb olunmasını, əməkdaşlıq və yüksək performans mədəniyyətini gücləndirən təşəbbüslər həyata keçirmək.
- Ədalətli və rəqabətli ödəniş sisteminin təmin olunması və motivasiyaedici proqramların hazırlanması üzrə dəstək vermək.
- İşçilərin təcrübəsini yaxşılaşdıran təşəbbüslər hazırlamaq, sorğular aparmaq və nəticələrə əsaslanan inkişaf tədbirləri təklif etmək.
- Əsas İR göstəricilərini təhlil etmək, həllər üzrə analitik tövsiyələr vermək və idarəetməni məlumatlarla dəstəkləmək.
Əsas tələb:
- Ali təhsil: Bakalavr dərəcəsi, ideal olaraq İnsan Resurslarının İdarəedilməsi, biznesin idarə olunması və ya oxşar sahələr üzrə;
- 5+ il İnsan Resursları Biznes Partnyoru (HRBP), Təlim və İnkişaf, HR əməliyyatları və ya işçi münasibətləri sahəsində təcrübə;
- Azərbaycan dilində sərbəst danışıq. Əlavə dillər üstünlük hesab ediləcək.
- FMCG/İstehsalat sənayelərində iş təcrübəsinin olması üstünlükdür;
- Yüksək səviyyədə MS Excel bacarıqları
- Regionlara ezam getmə
Təklif edirik:
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və ona uyğun internet paketi
- Təlim və inkişaf imkanları





















Novex Group