Minor Electronics
Şirkət haqqında:
“Minor Electronics” MMC 2017-ci ildən bu günə kimi müştəriləri üçün hədsiz imkanlar yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etməklə yerli bazarda fəaliyyət göstərən şirkətdir. Əsas hədəfimiz ilk növbədə müştəri məmnuniyyətini qoruyub saxlamaq və müştərilərimizi daha keyfiyyətli məhsullarla təmin etməkdir.
Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları təqdim olunur. Satışda həmçinin idman sağlamlıq və əyləncə həvəskarları üçün Giroskuterlər də təklif olunur.
Əlaqə vasitələri:
Satış məsləhətçisi (Ağdaş və Xırdalan filialları)
Ağdaş və Xırdalan filiallarına "Satış məsləhətçisi" tələb olinur
Elektronika sahəsində təcrübə vacibdir
İşin təsviri
- Mağaza məhsullarının satışını həyata keçirmək
- Mağaza qaydalarına əməl etmək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək çeşidləri təqdim etmək
- Məhsulları təmiz və səliqəli şəkildə vitrinə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət
- Mağazaya daxil olan məhsulların qəbulunda iştirak etmək, satışa hazırlamaq
- Satış texnikasının üslublarından effektiv istifadə etmək
- Müştəri məmnuniyyətinin təmin etmək
- Məhsullar haqqında ətraflı məlumat öyrənmək və müştərilərə yüksək səviyyədə təqdim etmək;
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Müştərinin seçimi üçün optimal şərait yaratmaq
İş şəraiti:
- Əmək haqqı 500 AZN
- İş rejimi: 6 günlük iş qrafiki
Tələblər
- Yaş həddi 20-30
- Azərbaycan dilində sərbəst danışıq bacarığı
- İş təcrübəsi: Rəqamsal satış üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir
- Komandada işləmək bacarığı
- Satış prinsipləri, müştəri xidməti standartları barədə biliklər
- İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan





















Minor Electronics