Melissa Group
Şirkət haqqında:
2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sakinlərin rahatlığını, onların tam təhlükəsiz və komfortlu yaşayış sahəsi ilə təmin edilməsini əsas məqsədlərindən biri hesab edən “Melissa Group” proffesional kollektivi ilə də istər bilik və bacarıqların inkişafı, istərsə də karyera proqresi sahəsində əməkdaşlarının ümidini doğrultmaqdadır. Təcrübəli rəhbər və əməkdaşlarla işləmək istəyən, elan olunan vakansiya üzrə qeyd olunan tələblərə uyğun gələn namizədlərlə eyni komanda da işləməkdəm məmnun olarıq.
Əlaqə vasitələri:
Mühasib (tikinti üzrə)
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması, təqdim edilməsi;
- Alış və satış, bank, kassa, əməkhaqqı hesablanması və digər əməliyyatların 1C mühasibat proqramına daxil edilməsi;
- Bank və kassa əməliyyatlarının uçotu;
- Əməkhaqqı, mükafat və digər ödənişlərin hesablanması;
- Nağd pul axını, debitor və kreditor borclarının və xərc mühasibatının izlənilməsi;
- Xammal və materialların eləcə də hazır məhsulun hərəkətinin uçotu;
- Yük gömrük bəyannamələrinin işlənilməsi;
- E-qaimələrin və müqavilələrin tərtib edilməsi;
- Ödəniş və bank sənədlərinin tərtib edilməsi.
Vəzifə ilə bağlı tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadi yönümlü sahədə ali təhsil;
- Müvafiq sahədə ən azı 2-3 il iş təcrübəsi (tikinti və kommunal sahədə olması üstünlükdür);
- MS Office və 1C 8.3 ERP proqramlarından istifadə bacarıqları;
- Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə biliklər;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
Əlavə məlumat
- Əməkhaqqı: 1200 – 1500 AZN
- İş rejimi: 5 günlük iş qrafiki (Şənbə və Bazar günləri istirahət günləridir).
- İş saatları: 09:00-18:00
- İş yeri: “Melissa Group” MMC (Baş ofis)

























