Sirab Satış və Dağıtım MMC
Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Anbar fəhləsi
Əsas tələblər:
-
Yaş həddi: 18-45;
-
Fiziki sağlam.
Vəzifə öhdəlikləri:
-
Anbara daxil olan TIR-lardan yüklərin boşaldılması;
-
Müvafiq yüklərin rəflərə və paletlərə yığılması;
-
Su və içki məhsullarının yük maşınlarına yüklənməsi;
-
Verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.
Əmək haqqı və əlavələr:
-
650AZN;
-
Yemək şirkət tərəfindən
-
İş vaxtının norması:
-
6 günlük iş rejimi;
-
İstirahət günü: Bazar günü.
İş yeri:
Xırdalan şəhəri, Bakı-Quba şossesinin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5 ).
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Fəhlə” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Vatsap: 0559000551
























