PROES
Şirkət haqqında:
Hər bir layihənin uğurlu gedişatı və başa çatması üçün sifarişçi və icraçı arasında doğru kommunikasiyanın qurulması və iş prinsiplərinə riayət etməsi əsasdır. Sağlam ünsiyyət və tam məsuliyyət ilə görülmüş iş, keyfiyyət və təhlükəsizlik standartlarının qorunması, işin doğru planlaması və tərəflərin bir-birini zamanında, dolğun məlumatlandırması, hər iki tərəfə nəticədə güvənli partnyor qazandırır. “Keyfiyyətin ən açıq sübutu, daimi müştərilərdir”. PROES MMC olaraq, bu prinsipi öz işimizdə əsas götürürük. Biz, müştəri üçün sadəcə iş icraçısı deyil, güvənli və daimi partnyor olmaq üçün çalışırıq. Üzərimizə götürdüyümüz işi müştəri üçün ən əlverişli şərtlər ilə icra edirik. Layihənin hər bir mərhələsini təhlükəsizlik qaydaları, beynəlxalq standartlara uyğunluq, zamana və büdcəyə qənaət, dolğun sənədləşmə, dəqiq mühəndislik hesabatları və ən son yeniliklərin tətbiqi ilə həyata keçiririk. İnkişafın və innovasiyaların işlərimizdə tətbiqini daha da genişləndirmək üçün, mütəxəssislərimiz mütəmadi olaraq treninqlərdə və ixtisasartırma proqramlarında iştirak edirlər. Şirkət olaraq əsas missiyamız, insan həyatının və ətraf mühitin təhlükəsizliyinə söykənən prinsiplər əsasında qurulmuş biznes mühiti yaratmaq, təbii resursların qorunub saxlanmasını təmin etməkdə dünyaya tövhə verməkdir.
Şirkətin fəaliyyət sahəsi:
- Offshore Layihələrin İcrası
- Servis və Diaqnostika Xidmətləri
- Layihələndirmə və Dizayn işləri
- Xidmətlərimiz Sənaye və Mülki Obyektlərin Tikilməsi
- Mühəndis Kommunikasiya Sistemləri
- Təmir, bəzək və tamamlanma işləri
Əlaqə vasitələri:
Santexnik ustası
Vəzifə öhdəlikləri:
- Santexnika sistemlərinin montajı və təmiri.
- Layihəyə uyğun boru xətlərinin çəkilməsi.
- Avadanlıqların quraşdırılması və sınaqdan keçirilməsi.
- Nasazlıqların vaxtında aşkar edilərək aradan qaldırılması.
- Görülən işlərin keyfiyyət və təhlükəsizlik standartlarına uyğun icrası.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Su təchizatı, kanalizasiya və yağış suyu sistemlərinin quraşdırılması və təmiri üzrə bilik.
- PPR, PVC, PE və metal borularla işləmək bacarığı.
- Santexniki avadanlıqların (unitaz, lavabo, duş, qarışdırıcı, su qızdırıcısı və s.) quraşdırılması təcrübəsi.
- Layihə və işçi çertyojlarını oxumaq bacarığı.
- Boruların ölçülməsi, kəsilməsi, qaynaqlanması və montajını yerinə yetirmək bacarığı.
- Nasoslar, hidrofor sistemləri və armatur avadanlıqları haqqında bilik.
- İş təhlükəsizliyi qaydalarına riayət etmək.
- Komandada işləmək və məsuliyyətli olmaq.
- Ezamiyyətlərə və obyektlərdə işləməyə hazır olmaq (lazım olduqda).
- Texniki peşə təhsili və ya müvafiq sertifikatın olması üstünlükdür.
Digər şərtlər:
- İş qrafiki 6 günlük, 09.00-18.00;
- Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q























