Superfon
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.
Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əlaqə vasitələri:
Mühasib / Əməliyyatçı
Vəzifənin məqsədi:
- Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə uçotunun aparılması, ilkin sənədlərin düzgün rəsmiləşdirilməsi, vergi və maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərilməsi, Satınalma əməliyyatlarının nəzarətdə saxlanılması.
Vəzifə öhdəlikləri:
- Satınalma əməliyyatlarının yerinə yetirilməsi və düzgünlüyünə nəzarət olunması;
- Məhsullar ilə bağlı bütün əməliyyatlar ( yeni adların açılması, köhnələrin dəyişdirilməsi );
- Daxili və xarici bazardan alınan məhsulların (qaimə, invoysların) sistemə işlənməsi;
- Yol xərclərinin sistemə işlənilməsi və məhsulların üzərinə bölünməsi;
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqlar.
Tələblər:
- Maya dəyərinin formalaşması barədə biliklər;
- Sterssədavamlılıq və böyük datalarla işləmə bacarığı.
- Gömrük rəsmiləşdirilməsi və bəyannamələri üzrə biliklər (üstünlükdür);
- Logo Tiger proqram üzrə iş təcrübəsi(üstünlükdür);
- Mühasibat uçotu, iqtisadiyyat/maliyyə sahəsində ali təhsil;
- MS Office Word, Excel;
- Müvafiq sahədə iş təcrübəsi.
Təminatlar:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.

























Superfon