STDC
Şirkət haqqında:
Sumqayıt Texnologiyalar Data Mərkəzi gücünə görə dünyanın ən böyük data mərkəzlərindən biridir. Data Mərkəzi ən muasir yüksək sürətli hesablama avadanlıqlarının tətbiqi sahəsində yüksək sürətli məlumat hesablama qabiliyyətinə malikdir. Data Mərkəzində müasir innovativ immersiya tipli soyutma, SCADA, Blokçeyn, təhlükəsizlik və s. kimi texnologiyalar tətbiq olunur. Data Mərkəzində 300 nəfərdən çox yerli mütəxəssis işlə təmin olunur.
Əlaqə vasitələri:
Rele mühafizə üzrə mühəndis
Vəzifə öhdəlikləri
- Rele mühafizə və avtomatika qurğularının fasiləsiz və etibarlı işləməsini təmin edir;
- Rele mühafizə sistemlərinin planlı texniki baxışını və profilaktik sınaqlarını həyata keçirir;
- Rele qurğularının sazlanmasını, yoxlanmasını və kalibrlənməsini təşkil edir;
- Qəza və nasazlıqların səbəblərini araşdırır, onların aradan qaldırılması üçün tədbirlər hazırlayır;
- Yeni rele mühafizə sistemlərinin quraşdırılması və istismara verilməsində iştirak edir;
- Rele parametrlərinin hesablanmasını və sazlanmasını aparır;
- Elektrik yarımstansiyalarında və paylayıcı qurğularda rele mühafizəsinin düzgün işləməsinə nəzarət edir;
- Cari və perspektiv təmir planlarının hazırlanmasında iştirak edir;
- Rele mühafizə sxemlərində dəyişikliklər etdikdə müvafiq texniki sənədləri yeniləyir;
- Texniki pasportların, protokolların və sınaq aktlarının hazırlanmasını təmin edir;
- Ölçü cihazlarının və rele avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət edir;
- Müasir rele mühafizə texnologiyalarının tətbiqinə dair təkliflər verir;
- Elektrik qurğularında işlərin təhlükəsiz aparılmasına nəzarət edir;
Tələblər:
- Operativ çalışan, məsuliyyət, düzgünlük, işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmalıdır
- Bu sahədə 5 ildən artıq təcrübəsi olmalıdır
- Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
- Təhsil: ali (Energetika sahəsi üzrə)
İş şəraiti:
- İş vaxtı həftə içi beş gün,İş saatları: 9:00-dan 18:00-dək.
- Əmək haqqı razılaşma yolu ilə

























STDC