Azparking MMC
Şirkət haqqında:
“AZPARKİNG” MMC – Parkinq sahəsində müasir innovasiyalar və xidmətlər təqdim edən, müştərilərinə açıq və qapalı parkinq ərazilərinin idarə olunması və rəqəmsallaşdırılması üzrə geniş spektrdə xidmətlər təklif edən şirkətdir. Məqsədimiz müasir texnologiyaların imkanlarından istifadə edərək, parkinq təcrübəsini daha rahat, təhlükəsiz və effektiv hala gətirməkdir.
Əsas fəaliyyət istiqamətlərimizdən biri ağıllı parkinq həllərinin təqdimatıdır. Ölkənin aparıcı şirkətləri, hava limanı, ticarət mərkəzləri, ofis binaları ağıllı parkinq sisteminin tətbiqi üçün xidmətlərimizdən yararlanırlar. “AzParking” mobil tətbiqi, “ParkZone” proqram təminatı şirkətimizə məxsus innovativ həllərdəndir. “AZPARKİNG” MMC-nin müştəri yönümlü yanaşması, mövcud və ya yeni qurulacaq sistemlərin ilkin analizindən başlayaraq, fasiləsiz texniki dəstək xidmətinə qədər hər bir mərhələdə etibarlı tərəfdaş olmağı hədəfləyir. İnovativ texnologiyamız müştərilərimizin parkinq ehtiyaclarını ən yüksək səviyyədə qarşılamağa imkan tanıyır. Şirkətimizin təqdim etdiyi “AzParking” mobil tətbiqi və “ParkZone” proqram təminatı müasir və səmərəli parkinq həllərinin ayrılmaz bir hissəsidir. Bu alətlər istifadəçilərin parkinq prosesini daha sadə və rahat şəkildə idarə etmələrinə köməklik etməklə yanaşı, eyni zamanda müştəri məmnuniyyətini artırır. “AZPARKİNG” MMC parkinq sistemləri sahəsindəki innovativ yanaşmaları və mütəxəssislərin peşəkarlığı ilə sektorda öz sözünü deyir. Müştərilərimizə təqdim etdiyimiz xidmətlər onların parkinq təcrübəsini yüksək standartlara uyğunlaşdırmaq məqsədini daşıyır. Biz, müasir texnologiyaların gətirdiyi rahatlıqları təqdim edərək, müştəri ehtiyaclarını qarşılamaqla yanaşı, parkinq xidmətlərində mükəmməlliyin simvolu olmağa davam edirik.
Əlaqə vasitələri:
Təchizat üzrə menecer
İşin təsviri
- Şəhər infrastrukturunu daha səmərəli və vətəndaşlar üçün rahat etmək məqsədilə innovativ həllər təqdim edən "AzParking" MMC şirkətin satınalma və təchizat fəaliyyətinin səmərəli təşkilinə, xərclərin optimallaşdırılmasına, etibarlı təchizatçı şəbəkəsinin inkişafına və təchizat proseslərinin fasiləsizliyinin təmin edilməsinə töhfə verəcək Təchizat üzrə menecer axtarışındadır.
Vəzifə öhdəlikləri
- Şirkətin satınalma və təchizat ehtiyaclarını müəyyən etmək, aidiyyəti struktur bölmələrindən daxil olan satınalma tələblərini təhlil etmək, prioritetləşdirmək və icrasını təmin etmək;
- Bazar araşdırmaları aparmaq, potensial təchizatçıları müəyyənləşdirmək, kommersiya təkliflərini toplamaq və qiymətləndirmək, müqayisəli təhlillər aparmaq, qiymət və əməkdaşlıq şərtləri üzrə danışıqlar aparmaq, şirkətin ehtiyaclarına ən uyğun təchizatçıların seçilməsinə dəstək vermək;
- Təchizatçılarla əməkdaşlıq münasibətlərini idarə etmək, onların fəaliyyətini qiymətləndirmək, alternativ təchizat mənbələrini araşdırmaq və etibarlı təchizatçı bazasının formalaşdırılmasına təmin etmək;
- Satınalma və təchizat proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək, təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinə dəstək vermək;
- Satınalma büdcəsinin səmərəli idarə olunmasına dəstək vermək, xərcləri təhlil etmək, optimallaşdırma və qənaət imkanlarını müəyyənləşdirmək;
- Sifarişlərin icra vəziyyətini mütəmadi izləmək, mal və xidmətlərin müəyyən edilmiş müddətlərdə, keyfiyyət tələblərinə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək;
- Anbar və aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləyərək təchizat prosesinin fasiləsizliyinin təmin edilməsinə dəstək vermək;
- Təchizat proseslərində yarana biləcək riskləri müəyyən etmək, onların minimuma endirilməsi və proseslərin davamlılığının təmin olunması ilə bağlı təkliflər hazırlamaq;
- Satınalma və təchizat fəaliyyəti üzrə analitik və dövri hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və rəhbərliyə təqdim etmək;
- Satınalma fəaliyyəti üzrə sənədləşmənin şirkətin daxili prosedurlarına və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun aparılmasını təmin etmək;
- Təchizat sahəsində bazar tendensiyalarını və qabaqcıl təcrübələri izləmək, onların tətbiqi ilə bağlı təkliflər vermək.
Tələb olunan səriştələr
- Ali təhsil;
- Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
- Satınalma və təchizat proseslərinin idarə olunması üzrə praktik biliklər;
- ERP sistemləri ilə iş təcrübəsi;
- Satınalma və təchizat sahəsində beynəlxalq sertifikatlara (məsələn, CIPS, CSCP və s.) malik olmaq üstünlükdür.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dilində işgüzar yazışma və ünsiyyət bacarığı üstünlükdür).
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
- İş saatları: 09:00–18:00
- İstirahət günləri: Şənbə və bazar
Biz nə təklif edirik?
- Peşəkar və əməkdaşlığa əsaslanan iş mühiti;
- Şəhər infrastrukturunun inkişafına töhfə verən yeni layihələrdə iştirak imkanı;
- Peşəkar inkişaf və öyrənmə imkanları;
- Rəqabətədavamlı əməkhaqqı;
- Push30 platformasına korporativ üzvlük;
- Şirkətin bonus siyasətinə uyğun olaraq əlavə ödənişlər.























Azparking MMC