Satış Mütəxəssisi
MAKFIT komandasına Satış Mütəxəssisi axtarır.
Əsas vəzifələr:
- Kluba müraciət edən potensial üzvləri qarşılamaq və klub turu keçirmək.
- Üzvlük paketlərini peşəkar şəkildə təqdim etmək və satışını həyata keçirmək.
- Telefon, WhatsApp, Instagram və digər kanallardan daxil olan müraciətləri operativ cavablandırmaq.
- CRM sistemində bütün lead-ları qeydiyyata almaq, izləmək və mütəmadi əlaqə saxlamaq.
- Potensial müştəriləri üzvlüyə çevirmək üçün aktiv satış prosesi aparmaq.
- Mövcud kampaniyalar və xidmətlər barədə müştəriləri məlumatlandırmaq.
- Gündəlik və aylıq satış hədəflərinin yerinə yetirilməsində iştirak etmək.
- Satış fəaliyyəti üzrə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər:
- Satış sahəsində minimum 1 il iş təcrübəsi.
- Güclü ünsiyyət və təqdimat bacarığı.
- Müştəriyönümlü yanaşma və nəticə yönümlü düşüncə.
- Azərbaycan və rus dilini səlis bilməli, ingilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında işləmək bacarığı.
- CRM sistemləri ilə işləmək təcrübəsi üstünlük hesab olunur.
Biz təklif edirik:
- Rəqabətədavamlı əməkhaqqı.
- Satış nəticələrinə əsaslanan bonus sistemi.
- Premium iş mühiti və peşəkar komanda.
- Karyera inkişafı və yüksəlmə imkanları.























