PASHA Life
Şirkət haqqında:
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.
Əlaqə vasitələri:
Aparıcı Biznes Partnyor
İnsan Resursları departamenti, Biznes Partnyorluq şöbəsi
Vəzifə öhdəlikləri:
- Biznes bölmələri üzrə rəhbərlərlə sıx əməkdaşlıq edərək İR strategiyasının həyata keçirilməsini təmin etmək;
- Təşkilati strukturun, işçi heyətinin planlaşdırılması və işçi qüvvəsi optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
- Performansın idarə edilməsi, məqsədlərin müəyyənləşdirilməsi, istedadların qiymətləndirilməsi və varislik planlaşdırılması proseslərində iştirak etmək;
- Namizədlərin müsahibələrinin keçirilməsində iştirak etmək, kompetensiya əsaslı qiymətləndirməni həyata keçirmək və seçim qərarlarına tövsiyələr vermək;
- Namizəd təcrübəsinin yüksək səviyyədə təmin edilməsinə nəzarət etmək və işəgötürən brendinin gücləndirilməsinə töhfə vermək;
- İşçi bağlılığı, korporativ mədəniyyət və dəyişikliklərin idarə olunması üzrə təşəbbüsləri həyata keçirmək;
- Rəhbərlərə İR siyasətləri, əmək qanunvericiliyi və insan resursları üzrə ən yaxşı təcrübələr barədə məsləhət vermək;
- Əmək münasibətləri, intizam məsələləri və işçi münasibətlərinin effektiv idarə olunmasını təmin etmək;
- Müxtəlif İR transformasiya və təşkilati inkişaf layihələrində iştirak etmək.
Namizədə olan tələblər:
- İR Biznes Partnyor və ya oxşar strateji İR vəzifəsində minimum 2-3 il iş təcrübəsi;
- İnsan Resursları, Biznesin İdarəedilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Performansın idarə edilməsi, istedadların idarə olunması, varisliyin planlaşdırılması, dəyişikliklərin idarə olunması və əməkdaş münasibətlərinin idarə edilməsi və işəqəbul sahələrində praktiki təcrübə;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür);
- Güclü analitik düşüncə və biznes yönümlü yanaşma;
- Yüksək səviyyədə ünsiyyət, təsir etmə, danışıqların aparılması və maraqlı tərəflərlə effektiv əməkdaşlıq qurmaq və idarə etmək bacarığıı;
- Layihələrin idarə olunması və dəyişikliklərin effektiv şəkildə həyata keçirilməsi bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
























PASHA Life