AIMC (Azerbaijan International Mining Company)
Şirkət haqqında:
1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Azərbaycanın ən böyük qızıl, mis və gümüş hasilatı şirkətlərindən biridir. Şirkət ölkə üzrə ümumi sahəsi 2 400 kvadrat kilometrdən çox olan səkkiz əməliyyat müqaviləsi sahəsində fəaliyyət göstərir və həm açıq, həm də yeraltı mədənlərin istismarını həyata keçirir.
AİMKLŞ daxili kəşfiyyat fəaliyyəti nəticəsində aşkar edilmiş metal filizi yatağı əsasında Azərbaycanda yeraltı mədən inşa edən ilk şirkət olmuşdur. Müasir hasilat və emal texnologiyalarından istifadə edən şirkət filizlərin xüsusiyyətlərinə uyğun olaraq müxtəlif emal üsulları tətbiq etməklə qızıl dore və mis konsentratı istehsal edir.
Geoloji tədqiqatlar, hasilat metodları və faydalı qazıntıların emalı sahəsində bir sıra yeniliklərə imza atan AİMKLŞ Azərbaycanın dağ-mədən sənayesinin inkişafına mühüm töhfə verir. Son illərdə şirkət yeni mis mineralizasiyası sahələri müəyyən etmiş və ölkənin mis ehtiyatlarının inkişafına yönəlmiş fəaliyyətlərini genişləndirmişdir.
AİMKLŞ, Böyük Britaniyada qeydiyyatdan keçmiş Anglo Asian Mining PLC-nin törəmə şirkəti olaraq, qlobal əhəmiyyət daşıyan mis, qızıl və gümüş resurslarının səmərəli və davamlı şəkildə inkişaf etdirilməsini strateji prioritetlərindən biri hesab edir.
Əlaqə vasitələri:
Mühasib-Xəzinədar
Vəzifə öhdəlikləri
- Mədən hasilatı fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının mühasibat uçotunu aparmaq;
- İstehsal xərclərinin (amortizasiya, əməkhaqqı, yanacaq, texnika xidmətləri və digər xərclər daxil olmaqla) düzgün uçotunu təmin etmək;
- Vergi və statistika hesabatlarının hazırlanması və vaxtında təqdim olunması prosesində baş (və ya böyük) mühasibə dəstək göstərmək;
- Kontragentlərlə qarşılıqlı hesablaşmaların aparılması, izlənilməsi və müvafiq sənədləşməni həyata keçirmək;
- Bank ödənişlərini və digər maliyyə əməliyyatlarını icra etmək;
- Əməkhaqqı, ezamiyyə və digər işçi ödənişləri üzrə mühasibat əməliyyatlarını həyata keçirmək;
- Daxili və xarici audit proseslərinə dəstək göstərmək;
- Maliyyə əməliyyatlarının mədən sənayesinə aid qanunvericiliyin və dövlət tənzimləmələrinin tələblərinə uyğun aparılmasını təmin etmək;
- ERP və ya digər mühasibat proqramlarında maliyyə əməliyyatlarını düzgün və vaxtında əks etdirmək.
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Minimum 1-2 il müvafiq iş təcrübəsi (mədən və ya hasilat sənayesində təcrübə üstünlük hesab olunur);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, IFRS və digər müvafiq normativ aktlar üzrə biliklər;
- İstehsalat müəssisələrində maya dəyərinin hesablanması və analitik uçot üzrə bilik və bacarıqlar;
- ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı;
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Pivot Table, hesabatların hazırlanması və digər funksiyalar);
- Analitik düşünmə, problem həll etmə və hesabatvermə bacarığı;
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət hissi;
- Komandada işləmək və gərgin iş şəraitində effektiv qərar qəbul etmək bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir.
İş yeri və şəraiti
- İş yeri: Ağdərə Azərbaycan;
- İş qrafiki: Növbəli iş qrafiki;
- Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.























