AE Union
Şirkət haqqında:
2015-ci ildə yaradılan AE Union MMC şirkəti aparıcı İT şirkətlərindən biridir. Beynəlxalq qabaqcıl şirkətlərlə yaxından əməkdaşlıq edərək, AE Union MMC geniş çeşiddə məhsul və xidmətlər təklif edir. Bura sistem inteqrasiyası, məlumat mərkəzi həlləri, şəbəkə həlləri, enerji təminatı və soyutma sistemləri, tətbiqetmələr və proqram təminatının hazırlanması, İT sahəsində məsləhət xidmətləri, o cümlədən, distribüsiya xidmətləri daxildir. Uzun illərə dayanan peşəkar biznes yanaşmamız şirkətimizin yüksək səviyyədə müştəri məmnuniyyəti qazanmasına səbəb olmuş və nəticə etibarilə onu bu gün ön sıralarda gedən İT şirkətlərdən birinə çevirmişdirBizim komandamızda yaradıcılığı, əməkdaşlığı və inkişafı dəstəkləməkdən məmnunluq duyuruq.
Əlaqə vasitələri:
Sürücü
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatı: 09:00 dan–18:00 dək.
- İş yeri: 28 may, Heydər Əliyev pr.
Vəzifə öhdəlikləri
- Yüklərin təyin olunmuş ünvanlara təhlükəsiz və zədələnmədən vaxtında çatdırılması.
- Daşınan yüklərin müşayiətedici sənədlərinin (qaimə, faktura və s.) düzgünlüyünə nəzarət etmək.
- Yükləmə və boşaltma prosesinə nəzarət etmək, yükün avtomobildə düzgün yerləşdirilməsini təmin etmək.
- Avtomobilin texniki vəziyyətinə (mühərrik yağı, təkərlər, əyləclər) gündəlik nəzarət etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Əlaqə: +994 50 777 77 35
























AE Union