Azera Holding
Şirkət haqqında:
Əlaqə vasitələri:
Aparıcı mühasib
“AZERA Holding” tərkibində fəaliyyət göstərən AzEmal MMC üçün Aparıcı mühasib vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun düzgün və tam şəkildə aparılmasını təmin etmək;
- Gündəlik maliyyə əməliyyatlarının mühasibat proqramında vaxtında əks etdirilməsinə nəzarət etmək;
- Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
- Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər ilkin sənədlərin hazırlanmasını və yoxlanılmasını təmin etmək;
- Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər işçi ödənişlərini hesablamaq;
- Aylıq, rüblük və illik vergi, statistika və digər dövlət hesabatlarını hazırlamaq və təqdim etmək;
- Maliyyə hesabatlarını (Balans, Mənfəət və Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Hesabatı və s.) hazırlamaq;
- Əsas vəsaitlərin, amortizasiyanın, ehtiyatların və digər aktivlərin uçotunu aparmaq;
- Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasını təmin etmək;
- Audit yoxlamaları zamanı tələb olunan sənədləri hazırlamaq və auditorlarla əməkdaşlıq etmək;
- Baş mühasibə və maliyyə rəhbərliyinə hesabatlar təqdim etmək;
- Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat üzrə ali təhsil;
- Azərbaycan dili mütləq, rus dilində bilməsi üstünlükdür.
- Kompyuter proqramlarının biliyi: 1C (İstehsal), istehsal hesabatlarının aparılması, məhsulun maya dəyərinin hesablanması və kalkulyasiyası, əməkhaqqı modulu ilə işləmək, anbar uçotu, DSMF, ƏDV (VAT), vergi və statistika hesabatlarının hazırlanması, MS Office (xüsusilə Excel), ERP sistemləri, e-taxes.gov.az, e-sosial.az, e-gov.az və internet bankçılıq sistemləri ilə sərbəst işləmək bacarığı.
- Mühasibatlıq sahəsində minimum 3-5 il, Aparıcı mühasib kimi isə ən azı 2 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə üstünlükdür).
- AR Vergi Məcəlləsi və MHBS üzrə yüksək səviyyədə biliklər, 1 C 8.3
- Yüksək analitik düşünmə, detallara diqqət, komandada işləmək bacarığı və gərgin iş rejimində son tarixlərlə (deadline) işləmək qabiliyyəti:
İş şərtləri:
- Əmək haqqı: 1500 AZN
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- İş yeri: Hövsan ŞTQ, Yeni Bahar qəsəbəsi.
- 6 günlük iş qrafiki.
























Azera Holding