Leobank
Şirkət haqqında:
Leobank Unibank-ın təqdim etdiyi yeni mobil bankçılıq xidmətidir. Leo müştəriləri kredit limiti olan əlverişli Visa kartından istifadə etmək, ödəmə və köçürmələri həyata keçirmək, Cashback almaq və daha çox üstünlüklərdən yararlanmaq imkanına malikdirlər.
Leobank «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq yaradılmışdır. Filial şəbəkəsi, çoxsaylı işçilərin maaşları, inkasassiya və digər sahələrə vəsait yatırmağın əvəzinə biz kapital və enerjimizi mükəmməl mobil tətbiqetməmizə investisiya etdik.
Leobank müştərilərinə olduqca əlverişli tarifləri təklif edir. Bankların adətən müştərilərə pulla göstərdiyi, demək olar ki, bütün xidmətləri Leo pulsuz təqdim edir. Bunun səbəbi nədir? Biz filiallara pul xərcləmirik və buna qadirik!
Leo kartını rəsmiləşdirmək üçün sadəcə mobil tətbiqimizi yükləyib, çətin olmayan prosedurdan keçmək kifayətdir. Kartı sizə bank işçisi çatdıracaq və ya özünüz onu Unibank filialından əldə edə bilərsiniz.
Əlaqə vasitələri:
Analitika istiqamətinin Mütəxəssisi
Vəzifə haqqında:
- Real biznes tapşırıqları üzərində işləmək və qərarvermə prosesində iştirak imkanı;
- Böyük həcmli məlumatlarla və müasir analitik alətlərlə praktiki təcrübə;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Dəstəkçi komanda mühiti.
Tələblər:
- Ali təhsil;
- Təcrübə 6 ay +
- SQL biliyi;
- Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
- Excel proqramını yüksək səviyyədə bilmək;
- Analitik düşüncə və böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və nəticəyönümlülük.





















