F5 Trade MMC
Şirkət haqqında:
F5 Trade ödəniş həlləri və özünəxidmət sistemləri sahəsində ixtisaslaşmış texnologiya şirkətidir. Biz ödəniş terminallarının, özünəxidmət köşklərinin və parklanma ödəniş sistemlərinin layihələndirilməsi, istehsalı, inteqrasiyası və texniki dəstəyi xidmətlərini təqdim edirik.
Şirkətimizin əsas üstünlüklərindən biri Kalignite və SFOUR PayBox kimi çoxistehsalçılı proqram platformaları ilə inteqrasiya, həmçinin müştərilərin tələblərinə uyğun fərdi ödəniş həllərinin hazırlanmasıdır.
2024-cü ildə fəaliyyətə başladığımız gündən etibarən Azərbaycanın aparıcı şirkətləri ilə etibarlı tərəfdaşlıqlar qurmuş və innovativ, etibarlı və yüksək keyfiyyətli texnologiya həlləri təqdim etməklə beynəlxalq bazarlarda fəaliyyətimizi genişləndirməyə davam edirik.
Əlaqə vasitələri:
Parkinq Sistemi Operatoru
Vəzifə öhdəlikləri:
- Xidmət göstərilən obyektlərdə parkinq sisteminin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
- Xüsusi proqram təminatı vasitəsilə şlaqbaumların idarə olunmasını həyata keçirmək;
- Parkinq ödənişlərinin düzgün icrasına nəzarət etmək;
- Qaynar xəttə daxil olan zəngləri qəbul etmək və müraciətləri operativ şəkildə cavablandırmaq;
- Texniki nasazlıq yarandığı hallarda texniki dəstək xidməti ilə əlaqə saxlamaq və problemi ətraflı şəkildə bildirmək.
İş qrafiki:
- 2 iş günü / 2 istirahət günü;
- 12 saatlıq növbəli iş rejimi:
- Gündüz növbəsi: 08:00–20:00
- Gecə növbəsi: 20:00–08:00
- Zərurət yarandıqda əməkdaşların məzuniyyətdə olduğu dövrlərdə əlavə növbələr tətbiq oluna bilər. Bu barədə əməkdaşlara əvvəlcədən məlumat verilir.
Əməkhaqqı və təminatlar:
- Sabit əməkhaqqı – 600 AZN;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə işə qəbul;
- Əməkhaqqının bank kartı vasitəsilə ödənilməsi (bank kartı şirkət tərəfindən təmin edilir).
Təlim (staj) proqramı:
- Müddəti – 10 gün;
- Təlim müddəti ödənişsizdir;
- Təlim prosesi ərzində əməkdaşlara tam dəstək göstərilir və zəruri izahatlar təqdim olunur.
Namizədə tələblər:
- Azərbaycan dilini sərbəst bilmək (mütləqdir);
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Gərgin vəziyyətlərdə sakit davranmaq və operativ qərar qəbul etmək bacarığı;
- Kompüterdən əsas istifadə bacarıqlarına malik olmaq üstünlük hesab olunur.
Qeyd: Bu vəzifə xüsusi ixtisas və ya fiziki əmək tələb etmir. Vakansiya sabit iş yeri, rahat iş şəraiti və rəsmi məşğulluq axtaran namizədlər üçün uyğun hesab olunur.





















