Apar (Bike-Sharing Startup)
Şirkət haqqında:
APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.
Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.
Əlaqə vasitələri:
Product Owner (Məhsul sahibi)
Biz, inkişaf etməkdə olan rəqəmsal məhsulumuzun növbəti mərhələsində bizə qoşulacaq, məhsulu sadəcə idarə edən yox, onu biznes uğuruna aparacaq Product Owner axtarırıq
Əsas vəzifələr:
- Məhsulun biznes strategiyasını qurmaq: Məhsulu necə daha gəlirli və uğurlu edə biləcəyimizə dair qərarlar vermək.
- Backlog-u idarə etmək: Məhsulun inkişafı üçün görüləcək işləri (Roadmap) planlaşdırmaq və vaciblik dərəcəsinə görə sıralamaq.
- Texniki tapşırıqları hazırlamaq: İstifadəçi tələblərini analiz edib, proqramçılar üçün başa düşülən şəkildə User Story, Flow və Acceptance Criteria-lar yazmaq.
- Metrikaları izləmək: Məhsulun rəqəmlərini (gəlir, istifadəçi davranışı və s.) analiz edib, artım üçün təkliflər irəli sürmək.
- Komanda ilə iş: Development, dizayn və digər daxili komandalarla sıx əməkdaşlıq edərək, funksionallıqların yüksək keyfiyyətlə icrasını təmin etmək.
- İstifadəçi təcrübəsinə fokuslanmaq: UX/UI prinsiplərini nəzərə alaraq, tətbiqi istifadəçi üçün daha rahat və cəlbedici etmək.
- Bazar təhlili: Rəqibləri və bazardakı tendensiyaları izləyərək məhsulun rəqabət qabiliyyətini qorumaq.
Tələblər:
- Rəqəmsal məhsulun (xüsusilə mobil tətbiq) inkişafında 2–3 il iş təcrübəsi.
- Biznes yönümü: "Bu funksionallıq şirkətə nə qazandıracaq?" sualını hər qərarın mərkəzində tutmaq.
- Dataya əsaslanaraq qərar vermək və məhsul metrikalarını düzgün şərh edə bilmək.
- Product Backlog-un idarə edilməsi, User Story və Acceptance Criteria yazılması qaydalarına bələd olmaq.
- Mobil tətbiqlərin UX/UI prinsipləri və API inteqrasiyaları haqqında ümumi biliyə sahib olmaq.
- Texniki komanda ilə biznes maraqları arasında körpü olmaq, fikirlərini dəqiq çatdırmaq.
- Startap mühitində dəyişən prioritetlərə tez uyğunlaşmaq və məsuliyyət götürmək.
- Azərbaycan dilində mükəmməl, ingilis dilində isə işgüzar səviyyədə bilik.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
- Peşəkar komandada işləmək və innovativ rəqəmsal məhsulun inkişafında iştirak etmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.





















Apar (Bike-Sharing Startup)