Zeytun Pharmaceuticals
Şirkət haqqında:
“Zeytun Pharmaceuticals” MMC - 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir....
Əlaqə vasitələri:
Daxili Təchizat üzrə Mütəxəssis
Ümumi tələblər
- Təhsil: Ali
- Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı
- Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
- Dil bilikləri: Azərbaycan dili, Rus dili
- Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
Vəzifə öhdəlikləri
- Göndərilən gündəlik sifarişlərin qəbulu və 1C sistemində qeydiyyatı
- Dərman vasitələri, tibbi ləvazimatlar və reaktivlər üzrə realizasiya sənədlərinin hazırlanması
- Problemli qaimələrin araşdırılması və həlli
- Mühasibatlıq tərəfindən düzəliş tələb olunan sənədlərin yoxlanılması
- Sifarişlərə uyğun məhsulların yerli bazardan təmin olunması
- Bazarda olmayan məhsullar üzrə alternativ təchizatçıların araşdırılması
- Yerli şirkətlərlə əməkdaşlıq və sifarişlərin yerləşdirilməsi
- Məhsulların satış qiymətlərinin müəyyənləşdirilməsi
- Mədaxil sənədlərinin hazırlanması və 1C sistemində qeydiyyat
- Tələb olunan məhsullar üzrə stok qalığının mütəmadi izlənilməsi
- Son istifadə tarixlərinin nəzarətdə saxlanılması
- Anbarında olan məhsulların idarə olunması
İş şəraiti:
- İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93);
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
- Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
- Əmək Haqqı: 1300-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq)






















Zeytun Pharmaceuticals