Uniset
Şirkət haqqında:
Uniset texnologiya və təhlükəsizlik həlləri sahəsində geniş məhsul çeşidi təqdim edən aparıcı şirkətlərdən biridir. Biz fiziki filiallarımız (Bakı — 28 May və Sumqayıt — Sülh küçəsi) və onlayn mağazamız vasitəsilə müştərilərimizə yüksək keyfiyyətli xidmət göstəririk.
Bizim əsas fəaliyyət istiqamətlərimiz:
- Kompüter avadanlıqları: Noutbuklar, masaüstü kompüterlər və aksesuarlar.
- Çap avadanlıqları: Rəngli və qara-ağ printerlər, kartericlər və aksesuarlar.
- POS avadanlıqları: POS terminallar, barkod printerləri, skanerlər və digər ticarət avadanlıqları.
- Təhlükəsizlik sistemləri: Hikvision, Dahua və UNV kimi dünya brendlərinin rəsmi dileriyik.
- Proqram təminatı (ERP): Şirkətimiz *BEIN Systems rəsmi tərəfdaşıdır. BEIN Systems — 10 illik təcrübəyə malik, yerli tərtibatçılar tərəfindən hazırlanmış bulud əsaslı (Cloud ERP) idarəetmə sistemidir. Restoranlar, ticarət obyektləri və istehsalat sahələri üçün xüsusi hazırlanmış bu sistem Azərbaycan və digər dilləri dəstəkləyir.
Əlaqə vasitələri:
Satış Təmsilçisi (Məsləhətçi-Satıcı) — Sumqayıt filialı
Nə təklif edirik?
- Əmək haqqı: 400 AZN-dən başlayan fiks maaş + satışdan yüksək faiz (%)
- Rəsmi iş: Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmi işə götürülmə.
- Təlim və inkişaf: Təcrübəniz azdırsa belə, bütün iş prosesi və məhsullar tam öyrədilir.
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi.
Namizədə tələblər:
- Xanım. Gülərüz.
- Onlayn platformalar və sosial şəbəkələrlə minimal işləmək bacarığı.
- Müştərilərlə rahat ünsiyyət qurmaq və satış etmək həvəsi.
- Məsuliyyətli, operativ və yeni texnologiyaları öyrənməyə maraqlı olmaq.
Vəzifə öhdəlikləri:
- Mağazaya müraciət edən müştərilərə avadanlıqlar və ERP sistemləri haqqında məlumat vermək, ehtiyaclarına uyğun doğru həllər təklif etmək.
- Onlayn və sosial şəbəkələrdən gələn sorğuları cavablandırmaq.
- Satış prosesini sonlandıraraq müştəri məmnuniyyətini təmin etmək.
Əlaqə üçün aşağıdakı WhatsApp nömrəsinə yazmağınız xahiş olunur: +994 50 219 10 10 (Yalnız WhatsApp mesajları)

























Uniset