Sirab Satış və Dağıtım MMC
Şirkət haqqında:
”Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir.Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa,Rusiya və Türkiyə firmalari ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.
Əlaqə vasitələri:
Merçendayzer - (Hövsan-Binə; Mərdəkan; 28; Xaqlar; Xətai)
İş yeri: Hövsan-Binə; Mərdəkan; 28; Xaqlar; Xətai
İş barədə:
-
Təmsil etdiyi şirkətin məhsul və xidmətlərinin ən yaxşı şəkildə tanıdılması;
-
Satış nöqtələrində məhsulların rəfdə, soyuducuda mövcudluğunun və rəf payının təmin edilməsi;
-
Məhsul çeşidləri üzrə rəfdə FİFO və Planogram standardlarının uyğun düzülməsi;
-
Məhsulların vitrin və stok üzrə yoxlanması və mövcud olamayan məhsul haqqında satış təmsilçisinə məlumatın verilməsi;
-
Rəflərin səliqəli olmasının təmin edilməsi və nəzarət;
-
Müəyyən edilən rut planı üzrə marketlərin ziyarət edilməsi;
Əsas tələblər:
-
Minimum təhsil dərəcəsi: Orta;
-
Dil bilikləri: Azərbaycan – Əla;
-
Təcrübə: Satış və market sahəsində (əsasən su və spirtli içkilər şöbəsində) minimum 1 il iş təcrübəsi.
Fərdi keyfiyyət göstəriciləri:
-
Dəqiqlik və detallara diqqətlilik;
-
Məsuliyyətlilik;
-
Operativlik;
-
Nəticə yönümlü;
-
Müştəri yönümlülük;
-
Komandada işləmək bacarığı
-
İş vaxtının norması:
-
09:00-18:00
-
Faliyyət ofis xaricində olacaqdır, hər gün ofisə gəlinmir.
-
Xırdalan şəhəri (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Merçendayzer” yazmaqla https://karyera.sirab.az/sade-muraciet ünvanına göndərmələri xahiş olunur. WP: 055 900 05 51
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.





















Sirab Satış və Dağıtım MMC