Dinçer&Carçıoğlu BM
Şirkət haqqında:
"Dinçer və Carçıoğlu" BM 1997-ci ildə təsis edilmiş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Fəaliyyətinin əsas sahəsini qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı əhatə edir. Bu istiqamət üzrə başlayaraq şirkətimiz qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanmış və fəaliyyət sahələrini genişləndirmişdir. “Dinçer və Carçıoğlu” BM-i Avropa və qonşu ölkələrin dünya bazarındakı mühüm şirkətlərinin Azərbaycanda rəsmi distribüteridir.
Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar “Dinçer və Carçıoğlu” BM-in uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Bunun nəticəsi olaraq şirkətimiz yüzlərlə işçi kadrların sahibidir. Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır. Əməkdaşlıq etdiyimiz dövlətlər siyahısına Türkiyə, Rusiya, Ukrayna, Almaniya, İspaniya, Belarusiya, Finlandiya, Estoniya, İtaliya və digər dövlətlər daxildir.
Müəssisə olaraq əsas dəyərlərimiz keyfiyyət və etibarlılığın ən yüksək dərəcəsini təklif etməkdir. Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımızı yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək şirkətimizin əsas prinsipləridir.
Əlaqə vasitələri:
TIR Sürücüsü (Beynəlxalq Yükdaşımalar)
Marşrut: Rusiya,Gürcüstan,Türkiyə (ehtiyac yarandıqda digər ölkələrdə əlavə oluna bilər.
Vəzifə öhdəlikləri:
-
Yüklərin təyin olunmuş marşrut üzrə (ölkədaxili və ya beynəlxalq) təhlükəsiz və vaxtında çatdırılması;
-
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə nəzarət etmək və təmizliyini qorumaq;
-
Yanacaq sərfiyyatına və yol sənədlərinə məsuliyyətli yanaşmaq;
-
Yükləmə və boşaltma zamanı sənədləşmə işlərində iştirak etmək;
-
Yol hərəkəti qaydalarına və texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Namizədə dair tələblər:
-
İş təcrübəsi: TIR (ağır tonnajlı yük avtomobili) sahəsində minimum 3-5 il iş təcrübəsi;
-
Sənədlər: Beynəlxalq yükdaşımalar üçün tələb olunan taxoqraf kartı (çip) və xarici pasportun olması mütləqdir;
-
Texniki biliklər (avtomobilin quruluşu və kiçik nasazlıqların aradan qaldırılması);
-
Məsuliyyətli, nizam-intizamlı və punktual olmaq.
İş şəraiti və üstünlüklər:
-
Əmək haqqı: 1150 AZN + Ezamiyyət xərcləri;
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
-
Mehriban kollektiv və stabil iş imkanı.
Müraciət üçün:
Maraqlanan namizədlə [email protected] ünvanına CV göndərə və ya 055 515 15 03 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Marşrut: Rusiya,Gürcüstan,Türkiyə, və s.





















Dinçer&Carçıoğlu BM