Antaris
Şirkət haqqında:
Antaris QSC – ofis və layihə təchizatında Azərbaycan bazarının lider şirkətlərindəndir. Çeşidə: dəftərxana, məişət ləvazimatları, qida, mebel, seyf, dolab, ofis üçün İT avadanlıq ilə yanaşı reklam istehsalı, poliqrafiya xidmətləri, və promosyon məhsulları daxildir. Digər fəaliyyət növü isə fərdi vətəndaşalr üçün – məktəb və yaradıcılıq ləvazimatlarının topdan və pərakəndə satışıdır.
Şirkət 16 ildən artıq fəaliyyət göstərir. Çalışdığımız eksklüziv və distribütor olduğumuz markalar – İP Svetocopy, Uni-Ball, Trodat, Griffon, Mondo, Forpus, Faber-Castell, YES, Gipta, MAS, Noki, Nestle, Jacobs, Mars, Lavazza, Selpak, SUN, Airwick, Johnson&Johnson, P&G, Lavazza və s.
Əlaqə vasitələri:
E-kommersiya üzrə satış təmsilçisi
İşin Təsviri:
- E-kommersiya sorğularının cavablandırılması və sifarişlərin icrası
- Stokdan məhsulun yığılması və sənədləşdirilməsi
- Fors-major hallarda rəhbərliyə məlumat verilməsi
- Satışların CRM sisteminə işlənməsi
- Zəng, WhatsApp, sayt və e-mail vasitəsilə gələn müraciətlərin cavablandırılması
- Biznes partnyorlarla məhsul və stok məlumatlarının paylaşılması
- Həftəlik və aylıq hesabatların təqdim olunması
- Mağazada canlı yayında iştirak etmək.
Namizədə Tələblər:
- Orta ixtisas və ya ali təhsil
- Yaş həddi: 20–35 yaş
- Satış sahəsində minimum 1 il iş təcrübəsi
- 1C, MS Office və e-poçt proqramları ilə işləmək bacarığı
- B2B, B2C və onlayn satış üzrə bilik və təcrübə
- Azərbaycan dilini səlis, rus dilini işgüzar səviyyədə bilmək (ingilis dili üstünlükdür)
- Güclü ünsiyyət, təqdimat və satış bacarıqları
- Məsuliyyətli, çevik və komandada işləmək bacarığı
İş Şəraiti:
- İş qrafiki: 6 iş günü (6-cı gün 10:00–14:00)
- İstirahət günü: bazar günü
- Əmək haqqı: 600 AZN
- Rəsmi əmək müqaviləsi ilə sənədləşmə
- İş ünvanı; Səbail rayonu, Nigar Rəfibəyli 16 (Mərkəzi Univermağın yanı)
Namizədlər CV-lərini E-kommersiya üzrə satış təmsilçisi başlığı altında [email protected] ünvanına və ya 051-277-11-10 nömrəsinə göndərə bilərlər.
























