Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Şirkət haqqında:
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi özündə bağça-məktəb fəaliyyətini birləşdirən, ölkəmizdə fəaliyyət göstərən ən nüfuzlu, ilk özəl təhsil müəssisəsidir.
MTK 2001-ci il sentyabr ayının 1-də Ulu öndər, Ümummilli lider Heydər Əliyevin bilavasitə iştirakı ilə açılmışdır. Kompleksin peşəkar heyəti olaraq açılış mərasimində Ulu öndərin təhsil, məktəb, müəllim haqqında dediyi sözləri, verdiyi tövsiyələri əsas tutaraq bu məsuliyyəti öz üzərimizə götürürük. Əsas vəzifəmizin bizə əmanət etdiyiniz ən əziz və dəyərli saydığınız varlığın - uşaqların, gənc nəslin dövrün, cəmiyyətin tələbinə uyğun olaraq düzgün tərbiyəsindən, azərbaycanlı mənliyini, azərbaycançılıq ideyalarını özündə birləşdirən hərtərəfli inkişaf etmiş, layiqli övlad olmasından qürur duyduğunu hər yerdə müxtəlif dillərdə bəyan edə biləcək bir nəslin yetişdirilməsindən ibarət olduğunu bilirik.
MTK – dostluğun çox böyük bir əhəmiyyət kəsb etdiyi, əməkdaşlar və şagirdlər arasında qarşılıqlı hörmətin olduğu, xoşbəxt bir ailə ab-havasını hiss etdirən bir evdir. Bu ailənin hər bir üzvü uşaqların intellektual maraq, emosional stabillik və mənəvi hədəflərə əsaslanan güclü şəxsiyyət kimi yetişməsinə kömək edir. Biz şagirdlərimizin sürətlə qloballaşan bir dünyada yaşaması, oxuması və işləməsi üçün lazım olacaq intellektual, şəxsi,emosional və sosial bacarıqlarını inkişaf etdiririk.
Əlaqə vasitələri:
Mühasib
İş şəraiti
- İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri Səməd Vurğun küçəsi 151. Xankəndi Kampusuna ayda 1 dəfə ezam olunacaq.
Tələblər:
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil.
- Xankəndi şəhərinə ayda bir dəfə ezamiyyətə getmək imkanı
- Mühasib və ya oxşar vəzifə üzrə minimum 3 il iş təcrübəsi
- Azərbaycan dilini sərbəst, rus və ya ingilis dillərindən birini bilmək üstünlükdür..
- Mühasibat uçotu, vergi, əmək və maliyyə qanunvericiliyi üzrə dərin biliklər.
- Əmək haqqının hesablanması, vergi və sosial ödənişlərin aparılması sahəsində təcrübə.
- Maliyyə və mühasibat hesabatlarının hazırlanması və dövlət qurumlarına təqdim edilməsi üzrə təcrübə.
- Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması və daxili nəzarət proseslərini təşkil etmək bacarığı.
- 1C, ERP və ya digər mühasibat proqramları ilə işləmək bacarığı.
- Microsoft Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək.
- Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı.
Öhdəliklər:
- Müəssisə tərəfindən Xankəndi filialında həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Əmək haqqı və əmək haqqı ilə bağlı bütün hesablaşmaları aparır və ödənişləri edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
- Dövlət orqanlarına bütün maliyyə-mühasibat hesabatlarını təqdim edir.
- İdarə heyətinə şirkətin maliyyə fəaliyyəti ilə bağlı tələb olunan məlumatları və hesabatları təqdim edir.
Biz təklif edirik:
- Rəqabətə davamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

























Heydər Əliyev adına Müasir Təhsil Kompleksi