ERTagro
Şirkət haqqında:
Meyvə və tərəvəz ticarəti babalarımızdan bizə miras qalmış bir məsləkdi. Ehalinin sayının gündən günə artdığı və sağlam gələcəyin təməllərinin məhz bu gündən yaradılmasına ehtiyac duyulduğu bir dövrdə insanların daha orqanik və daha təbii qidalar, xüsusilə də meyvə və tərəvəz əldə etmə cəhdləri, bizim işimizə daha məsuliyyətlə sarılmağımıza səbəb olmuş və insanlar qarşısındakı xidmətlərimizi hər zamankından daha çox inkişaf etdirməyimizlə nəticələnmişdir. Vaxt məhdudiyyəti səbəbindən artıq insanlar keçmiş dövlərdəki kimi tez-tez kəndlərə üz tutub təbii qida əldə edə bilmirlər yaxud həftəiçi işdən sonra uzun market kassası növbələrində vaxt keçirmək istəmirlər. Bütün bunları nəzərə alaraq biz, baba məsləyimizin hazırki davamçıları kimi, ticarətimizi zamanın tələbinə uyğun olaraq onlayn şəkildə həyata keçirməyə qərar vermişik. Məqsədimiz, ticarətimizi daha da şəffaf şəkildə davam etdərməkdir. İnternet üzerindən satilan malın hər ötən gün daha çox üstünlük təşkil etdiyi bir çağda təbii qidaların şəhərlərdə yaşayan insanların süfrəsinə asanlıqla çatdırılmasını təmin etməkdən zövq alacag, məmnuniyyət duyacağıq. Meyvə və tərəvəzlərin e-ticarəti sayəsində insanlar artıq yorucu iş günündən sonra əlavə olaraq bazarda da vaxt itirmək məcburiyyətində qalmayacaq, meyvə və tərəvəzlərini rahatlıqla sifariş edə biləcəklər.
Əlaqə vasitələri:
Satınalma Rəhbəri (Yerli və Xarici Satınalma)
Vəzifə öhdəlikləri:
- Yerli və xarici satınalma proseslərinin planlaşdırılması, təşkili və idarə edilməsi;
- Yerli və beynəlxalq təchizatçılarla effektiv əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Yeni təchizatçıların araşdırılması, qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsi;
- Qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə danışıqların aparılması;
- Müqavilələrin hazırlanması, icrasına nəzarət və satınalma sənədlərinin düzgün idarə olunması;
- Satınalma strategiyasının hazırlanması və xərclərin optimallaşdırılması;
- Logistika, maliyyə, anbar və satış şöbələri ilə koordinasiyalı fəaliyyət göstərilməsi;
- Bazar araşdırmalarının aparılması, qiymət analizlərinin hazırlanması və rəhbərliyə hesabatların təqdim edilməsi;
- Satınalma komandasının idarə olunması və iş proseslərinin təkmilləşdirilməsi.
Namizədə tələblər:
- Satınalma sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi;
- Xarici satınalma və beynəlxalq tədarük prosesləri üzrə praktiki təcrübə;
- Meyvə-tərəvəz, qida məhsulları və ya FMCG sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;
- Güclü analitik düşüncə, danışıqlar aparmaq və liderlik bacarıqları;
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
Şirkət təklif edir:
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir;
- Peşəkar və dinamik iş mühiti;
- Karyera və peşəkar inkişaf imkanları;
- Korporativ mobil nömrə;
- Nahar təminatı;
- Xarici ezamiyyət imkanları.
İş yeri: Bakı



























ERTagro