Mars Overseas Baku
Şirkət haqqında:
Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.
Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.
Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keçməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.
“PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.
Əlaqə vasitələri:
5 vəzifə üzrə AÇIQ QAPI GÜNÜ (BİLƏSUVAR)
VAKANSİYALAR:
1. Sürücü Təslimatçı
-
Əmək haqqı: 583 AZN + daşınan yükdən asılı olaraq bonus
-
Yaş həddi: 22–54 yaş
-
Tələblər: B/C kateqoriyalı sürücülük vəsiqəsi, İsuzi markalı yük avtomobili idarə etmə bacarığı, fiziki ağır işlərdə iş təcrübəsi, fiziki sağlamlıq
2. Sürücü Köməkçisi
-
Əmək haqqı: 510 AZN + daşınan yükdən asılı olaraq bonus
-
Yaş həddi: 20–45 yaş
-
Tələblər: Fiziki ağır işlərdə iş təcrübəsi, fiziki sağlamlıq
3. Fəhlə (Gündüz növbəsi)
-
Əmək haqqı: 560 AZN
-
Yaş həddi: 20–45 yaş
-
Tələblər: Fiziki ağır işlərdə iş təcrübəsi, fiziki sağlamlıq
4. Yükəyici (Gecə növbəsi)
-
Əmək haqqı: 560 AZN + gecə pulu
-
Yaş həddi: 20–45 yaş
-
Tələblər: Fiziki ağır işlərdə iş təcrübəsi, fiziki sağlamlıq
5. Avtokar Sürücüsü (Gecə növbəsi)
-
Əmək haqqı: 700 AZN+ gecə pulu
-
Yaş həddi: 22–50 yaş
Tələblər:
-
Avtokar sürücülüyü üçün müvafiq sertifikat və iş təcrübəsi
-
Ünvan: Biləsuvar rayonu, Əsgərabad kəndi, Mebel fabriki
Qeyd: Müraciət etmək istəyən namizədlər 050 290 79 93 və ya 050 290 64 66 nömrəsinin whatsappına yaza bilər.



















Mars Overseas Baku