Əsas vəsaitlər və icarələr üzrə mühasib
İş şəraiti
- Məşğulluq növü: Tam ştat (İş qrafiki: I-V günlər, 09:00 - 18:00)
- Ünvan: Bakı şəhəri, Azur biznes mərkəzi
İşin təsviri və öhdəliklər
- Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;
- ƏV üzrə amortizasiya xərclərini hesablamaq;
- Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.
- İcarə müqavilələrinin şərtləri dəyişdikdə (uzadılma, ləğv edilmə, məbləğ dəyişikliyi) uçot üzrə yeniləmələri həyata keçirmək;
- İcarə ödənişlərinin və faiz xərclərinin düzgünlüyünə nəzarət etmək;
- Əsas vəsaitlər və icarələr üzrə aylıq, rüblük və illik daxili hesabatlar hazırlamaq;
- Kənar və daxili audit zamanı aktivlər və icarələr üzrə tələb olunan məlumat və sənədləri təqdim etmək;
- Vergi və MHBS uçotu arasındakı fərqləri izləmək və uyğunsuzluqları tənzimləmək.
Namizədə olan tələblər
- İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Əsas vəsaitlərin uçotu üzrə minimum 1-2 il iş təcrübəsi (MHBS 16 üzrə praktiki təcrübənin olması böyük üstünlükdür).
- Proqram bilikləri:Logo-Tiger, MS Excel
- Sertifikatlar: ACCA F3 (Financial Accounting) sertifikatının olması üstünlükdür.
Şirkətimizin təklif etdiyi imkanlar
- Rəqabətqabiliyyətli əməkhaqqı;
- Peşəkar və mehriban iş mühiti;
- Karyera yüksəlişi və peşəkar inkişaf imkanları.
- Korporativ nömrə, nahar təminatı və servis xidməti


















