71

Yeni İşçinin Uğurla Adaptasiyası Üçün 30-60-90 Günlük Plan

Yeni işçinin iş yerinə inteqrasiyası və adaptasiyası istənilən komanda və şirkət mədəniyyəti üçün çox vacibdir. Uğurla həyata keçirilmiş bir adaptasiya planı yeni işçinin motivasiyasını artırır, performansını gücləndirir və şirkətə uzunmüdətli sədaqət yarada bilir. Bu yazıda yeni işçinin adaptasiyası üçün effektiv 30-60-90 günlük plan modeli haqda geniş məlumat verilir.

Birinci 30 Gün: Tanıma və Uyğunlaşma

Məqsəd: Yeni işçinin şirkət, komanda, struktur, dəyərlər və prosedurlarla tanış olması.

Bu mərhələdə fokuslanacaq sahələr:

  • Şirkət mədəniyyəti və daxili qaydalar

  • Komanda yoldaşları və funksiyalarla tanış

  • Vəzifənin əsas tələbləri və günlük tapşırıqlar

  • Təlim proqramları və onboarding materialları

  • Kiçik miqyaslı ilkin tapşırıqların icrası

HR-nin rolu:

  • Onboarding prosesinin planını hazırlamaq

  • Mentor təyin edərək yeni işçiyə dəstək olmaq

  • Uyğunluq prosesinə rəqəmsal alətlərin daxil edilməsi

60-cı Günə Qədər: İcra və Təhlil

Məqsəd: Yeni işçinin artıq roluna tam fokuslanması, tapşırıqları mütəmadi şəkildə yerinə yetirməsi və performans göstəricilərinin qiymətləndirilməsinin başlanması.

Bu mərhələdə fokuslanacaq sahələr:

  • Günlük tapşırıqların daha mütərəqqi şəkildə icrası

  • Həftəlik və aylıq hədəflər qoymaq

  • Performans qiymətləndirməsinin ilk dəfə aparılması

  • Geri bildirimlər toplamaq və qiymətləndirməklə özünüinkşaf

HR-nin rolu:

  • Birbaşa rəhbərlə əlaqə saxlayaraq yeni işçinin irəliləyişini monitorinq edər

  • Dönəm sonu rəy toplayaraq qiymətləndirmə aparar

  • Qarşılıqlı geribildirim mühiti yaradılmasına təkan verər

90-cı Günə Qədər: Təkmilləşdirilmə və Strateji Qatqı

Məqsəd: Yeni işçinin artıq komandaya tam inteqrasiya olunması, öz rolunda məsuliyyət alaraq inisiativ göstərməsidir.

Bu mərhələdə fokuslanacaq sahələr:

  • Davamlı performans və hədəf nailiyyətləri

  • Layihələrdə təkliflərlə çıxış etmək

  • Komanda daxili proseslərə qatqı vermək

  • Gələcək inkişaf üçün fərdi plan hazırlamaq

HR-nin rolu:

  • Yeni işçiyə əlaqə kanalları açıq saxlayaraq davamlı dəstək vermək

  • Təlim ehtiyaclarını analiz edib təkmilləşdirmə təklifləri vermək

  • Uzunmüdətli şəxsi və peşəkar inkişaf planlarının qurulmasını təşviq etmək

Yaxşı planlaşdırılmış 30-60-90 günlük adaptasiya prosesi yeni işçinin şirkət daxilində öz yerini tapmasına, daha çevik şəkildə işə adaptasiya olmasına və qısa zaman daxilində dəyər yaratmasına imkan verir. HR komandaları bu plan vasitəsilə yeni işçilərə sistemli dəstək verərək, adaptasiyanı strateji üssula şəxsi və peşəkar inkişafla birləşdirə bilər.

  • Bizi izləyin:
  •  

Xəyalındakı işi umano.az ilə tap